
Roma papası Fransisk bir sıra müsəlman ölkələrinə səfər edəcək.
Ahlibeyt.az-ın məlumatına görə, Faktxeber.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, papa Fransisk fevralın 3-də ilk səfərini Birləşmiş Ərəb Əmirliklərinə edəcək. Daha sonra onun Türkiyə, Azərbaycan və Misirə səfəri baş tutmalıdır.
Səfərin tarixi haqda məlumat verilməyib.