
Sionistlərin Qəzzaya üç gün ərzində endirdikləri hava zərbələri nəticəsində şəhid olan fələstinlilərin sayı on yeddi nəfərə çatıb.
Bu gün səhər Qəzaya endirilən hava zərbələri nəticəsində biri yeniyetmə olmaqla iki nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb.
Şahidlərin sözlərinə görə, həkimlər üç saata yaxın şəhid edilən Milli Müqavimət Komitəsinin "Nasir Səlahəddin Briqadası"nın döyüşçüsü Əhməd Dib Salimin cəsədinin tikələrini yığıblar.
Bildirilir ki, şəhid edilən 23 yaşlı Əhməd Dib Salim iki gün öncə cümə axşamı günü ailə həyatı qurmuşdu.