
Birləşmiş Ştatların 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.
Ahlibeyt.az-ın TASS-a istinadən xəbər verir ki, bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.
Bu, Vaşinqtonun faktiki olaraq bundan sonra təşkilata üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.
Qeyd edək ki, UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur.Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir.