27 Dekabr, 2018
İŞİD-in daha 8 lider və komandiri Kərkükdə ələ keçib

İraqın Kərkük əyalətində İŞİD-in 8 komandir və lideri ələ keçib

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bunu İraqın Müdafiə Nazirliyi bildirib.

Bildirilib ki, Kərkük əyalətində İraqın Federal Polisi və Kəşfiyyatının birgə əməliyyatı nəticəsində İŞİD-in 8 lider və komandiri ələ keçib.

Əlavə edilib ki, onlar Həvica rayonunda əməliyyat zamanı buradan Kərkükə qaça bilən İŞİD-çilərdir.

Qeyd edək ki, İŞİD 2014-cü ildə ölkənin üçdə bir hissəsini nəzarətə götürmüşdü. Ölkənin İŞİD-dən təmizlənməsi 2017-ci ilin sonunda baş tutsa da bəzi bölgələrdə terrorçuların gizli otaqları qalıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9128.html