25 Dekabr, 2018
Salavatın təsir və savabları

Salavat insan ruhuna can verir

Salavat insanın (Allaha) yaxınlaşmasına səbəb olur.

Salavat insanın Peyğəmbərə (səlləllahu əleyhi və alihi) və əhli-beytə (əleyhimus-səlam) yaxınlaşmasına səbəb olur.

Salavat namazın kamil olmasına səbəbdir.

Salavat duanın kamil olmasına səbəbdir.

Salavat ən gözəl ilahi zikirdir.

Salavat insanın behiştə daxil olmasına səbəb olur.

Salavat günahların yuyulmasına səbəb olur.

Salavat dünyəvi müşkül və çətinliklərin aradan getməsinə səbəb olur.

Salavat Qəbirdə bir nurdur.

Salavat Siratda bir nurdur.

Salavat Behiştdə bir nurdur.

Salavat Namazın qəbul olunmasına bais olar.

Salavat ağız qoxusunu ətirləndirir.

Salavat Qiyamət günündə əməllərin ən ağırıdır.

Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, müqərrəb mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi) və məsumları sevindirək. Səyimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və mədrəsələrdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.

Salavatın fəziləti

1 – İlahi kəlamda Salavat

إِنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

"İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.”

"Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun” (Əhzab-56)

İmam Kazım əleyhis-səlamdan: "Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun” ayəsində Allahın, mələklərin və möminlərin salavatının mənası barədə sual oldu. İmam buyurdu: "Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və möminlərin Peyğəmbər üçün onlardan bir duadır.”

İmam Sadiq əleyhis-səlam da bu ayə barədə buyurur: "Peyğəmbərə (səlləllahu əleyhi və alihi) səna (tərif) deyin və ona salam göndərin (ya fərmanına boyun qoyun).

Abbas Əzizi-Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı

Ardı var

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9118.html