24 Dekabr, 2018
Myanmada müsəlmanlar əleyhinə hərbi əməliyyatlar dayandırılır

Siyasi müşahidəçilərin fikrincə Myanma hökumətinin bu addımı tərəflər arasında sülh danışıqlarının başlanması üçün şərait yaradacaqdır.

Ahlibeyt.az-ın İQNA- ya istinadən məlumatına görə, Myanmanın silahlı qüvvələri qərargahı bəyanat yayaraq Raxin əyalətində rohinyalı müsəlman azlıqların əleyhinə aparılan hərbi əməliyyatlar dörd ay dayandırılacaqdır.

Bəyanatda bildirilir ki, hərbi əməliyyatlar ölkənin şimal və şərqində 2019-cu ilin Aprel ayının sonunadək saxlanılır. Bu addım üsyançıların silahlı qüvvələri ilə Myanma silahlı qoşunlarının arasında atəşkəs imzalanmasına münasib şərait yaradacaqdır.

Myanma dövlətinin sözçüsü Zv Hitay (Zaw Htay) mətbuat konfransında deyib: Bu addımın yaxşı nəticələr verəcəyinə ümid edirik.

Qeyd edək ki, uzun illərdir Myanma qoşunları ilə "muxtariyyət istəyən azlıqlar" silahlı üsyançıları arasında döyüşlər gedir. 2011-ci ildə Myanma qoşunları ilə Kachin müstəqil silahlıları arasında razılaşma pozulduqdan sonra 100 min nəfərdən çox ruhingiyalı müsəlman öz evindən didərgin düşmüşdür.

Myanmalı siyasi təhlilçilərin fikrinə Myanma dövlətinin təktərəfli atəşkəs elan etməsi son 30 ildə ilk dəfədir ki, baş verir. Bu atəşkəs Myanmanın qərbindəki Raxin əyalətinə aid olmaya da bilər.






 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9110.html