20 Dekabr, 2018
İŞİD 2 ay ərzində 700 nəfəri edam edib

İŞİD terror təşkilatının üzvləri Suriyanın şərqində təxmini iki ay ərzində 700 əsiri edam edib.

Ahlibeyt.az-ın Eastnews.org-a istinadən  verdiyi xəbərə görə, bu barədə Qərb mətbuatı Suriya müxalifətinə yaxın mənbəyə istinadən məlumat verib.   Məlumata əsasən, ümumilikdə İŞİD terrorçuları İraqla sərhəd ərazidə 1300 əsir saxlayıb. Onlardan 700 isə qətlə yetirilib.

Hazırda terrorçuların nəzarətində Fərat çayının şərqində yerləşən Hacin şəhərnin rayonlarının olduğu qeyd edilir.

Xatırladaq ki,son aylar Suriyanın şərqində Fərat çayının sağ sahilində yerləşən Hacin şəhəri ərazisində “Suriya Demokratik Qüvvələri” və ABŞ əməliyyatlar keçirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9100.html