
Dünən axşamdan səhərə kimi Qəzza bölgəsini bombardman edən sionistlər 12 fələstinlinin həyatına son qoyub, 21 nəfəri yaralayıblar.
Şəhid olanlar arasında Milli Müqavimət Komitəsinin baş katibi Zahir əl-Kisi və keçən il HƏMAS və sionist dövləti arasında əldə olunan anlaşmaya görə azadlığa çıxmış Mahmud Hənani var. Bundan başqa "Əl-Qüds Briqadası"nın bir neçə döyüşçüsü də şəhid olanların sırasındadırlar.