
Bəhreyn inqilabçılarını mərkəzi təşkilatı "Bəhreyn 14 Fevral Koalisiyası"nın yaydığı məlumata görə, səkkiz gün öncə keçirilən etiraz aksiyasında Deraz məntəqəsi sakini etirazçılarla Ali Xəlifə polisi arasında baş vermiş qarşıdurmada ağır yaralanmışdı ki, dünən xəstəxanada keçinib.
Məlumatda bildirilir ki, 22 yaşlı Fariz Mirzə Übeydi polisin açdığı atəş nəticəsində kəlləsindən aldığı güllə yarasından sonra dostları tərəfindən xəsətəxanaya qaldırılmışdı. Həkimlər onu sağaltmağa əmək sərf etsələrdə dünən gecə o Bəhreyn şəhidlərinin karvanına qoşulub.
Qeyd edək ki, Mirzə Übeydinin şəhadətilə Bəhreyn şəhidlərinin sayı 76-a yüksəlimiş oldu.