10 Dekabr, 2018
İraqlılar İŞİD üzərində qələbənin birinci ildönümünü qeyd edirlər

Bır sıra dövlətlər o cümlədən İran və ABŞ İŞİD üzərində qələbənin ilk öldönümü münasibətilə İraq dövlətini və iraqlıları təbrik ediblər.

Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, İraqda İŞİD üzərində qələbənin birinci öldönümü münasibətilə dövlət və Qeyri Hökumət Təşkilatları müstəvisində müxtəlif tədbirlər keçirilib.

Sumariya Agentliyinin məlumatına görə İraq Ordusunun Əməliyyatlar Komandanlığı bəyanat verərək, ölkə xalqını İŞİD üzərində qələbəyə görə təbrik edib.

Qeyd edək ki, ötən ilin bu günündə İraq baş naziri Heydər əl-Abadi ölkənin bütün torpaqlarının İŞİD terror təşkilatından azad edildiyini bildirib.

İŞİD 2014-cü ilin iyun və avqust ayında irimiqyaslı hücum nəticəsində ölkə ərazisinin üçdə birini zəbt etmişdi.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9071.html