
İmam Hüseyn (ə) hərəminə bağlı Beynəlxalq Kərbəla Sərgi Təşkilatı İraqda ilk sənaye sərgisini təşkil edir.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “imamhussain.org” saytına istinadən xəbər verir ki, 19-23 dekabr tarixində keçiriləcək sərgidə İraq özəl və dövlət şirkətləri öz məhsullarını təqdim edəcək.
Sərginin təşkilindən məqsəd İmam Hüseyn (ə) hərəminin özəl və dövlət sektorunun məqsədli əməkdaşlğına olan diqqəti və bu əməkdaşlığın davam etdirilməsinə zəmin yaratmaqdır.
Sərgidə İraqda istehsal olunan müxtəlif növ sənaye məhsulları o cümlədən avtomobil, süd məhsulları, dəri məmulatları, yüngül və ağır sənaye məhsulları sərgilənəcək.