
Suriya ordusu ölkənin cənubunda azad edilən kəndlərdə təmizlik əməliyyatı zamanı terrorçuların sığınacaqlarında Amerikan istehsalı TAV raketləri ələ keçirilib.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, terrorçuların sığınacaqlarından ələ keçirilən TAV raketlərinin necə bu canilərin əlinə keçdiyi isə maraq mövzusudur.
Baxmayaraq ki, bundan əvvəl yerli mənbələr bir neçə dəfə ABŞ-ın başçılıq etdiyi İŞİD əleyhinə beynəlxalq alyansın bölgədəki terrorçulara hər cür silah və sursat çatdırdığını ifşa etmişdi.