9 Mart, 2012
İraqlılar Bəhreyn inqilabına dəstək mitinqləri keçiriblər

"Sədr" cərəyanının rəhbəri Seyyid Müqtəda Sədrin dəvətilə bu gün Cümə namazından sonra İraqın bir çox şəhərlərində Bəhreyn inqilabına dəstək mitinqləri keçirilib.

Minlərlə iraqlının iştirak etdiyi mitinqlərdə 29 mart tarixində Bağdadda keçiriləcək Ərəb Ölkələri Liqasının toplantısında Bəhreyndə baş verənlərin müzakirəyə çıxarılmasını istəyiblər.

"Sədr" hərəkaatının dəftərxanasının rəisi İbrahim əl-Cabiri bildirib ki, mitinqçilər bəzi ərəb ölkələrinin Bəhreyn xalqının üsyanını yatırtmaq üçün Bəhreynə qoşun yeritmələrini pisləyən şüarlar səsləndiriblər. Həmçinin Bəhreyn xalqı ilə həmrəy və bir olduqlarını bildirərək həmin ölkələin qoşunlarının Bəhreyndən çıxarılmasını tələb ediblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-906.html