
İslam Əməkdaşlıq Konfransının Bəhreyndə keçirilən iclasında 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı şəhərləri müəyyənləşib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin paytaxtı Qüds, Tunisin paytaxtı Tunis, Bruneyin paytaxtı Seri Begavan, Qvineya-Bisaunun paytaxtı Bisau şəhərləri 2019-cu ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət Nazirlərinin fövqəladə Konfransı 57 ölkənin iştirakı ilə 28-29 noyabr tarixində Bəhreynin Manama şəhərində keçirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) və İƏT-in təşkilatçılığı ilə “Hamı insan irsini dəstəkləmək və radikalizmlə mübarizə üçün” şüarı adı altında keçirilib.