
Bu gün Suriya problemini müzakirə etmək üçün 4 ölkə nümayəndəsi Qazaxıstanda toplaşıb.
Ahlibeyt.az-ın Eastnews-a istinadən məlumatına görə, Astanada keçiriləcək Suriya Beynəlxalq Sülh Danışıqlarında qarşıda duran problemlərin həlli ilə bağlı məsləhətləşmələr aparıb.
Suriya ilə bağlı 11-ci Astana görüşü bu gün İran, Rusiya və Türkiyə, həmçinin Suriyadan gələn rəsmilərin iştirakı ilə başlayıb.
Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura da müzakirələrə qatılıb.
Qeyd edək ki, danışıqlarda Suriya silahlı müxalifəti 13 nəfərlik heyətlə təmsil olunacaq.