28 Noyabr, 2018
Suriyada qaçqınların azad edilən bölgələrə qayıtması yenidən başlayıb - VİDEO

Suriyanın şimalında qruplaşmaların nəzarətində olan İdlibdə bir qrup qaçqın Əbu-Duhur keçidindən keçərək Suriya Ordusunun azad etdiyi Hələb və Həma əyalətlərinə qayıdıblar.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi SANA agentliyi məlumat yayıb.

Qeyd edək ki, İdlibdə yerləşən Əbu-Duhur keçidi qruplaşmaların nəzarətində olan bölgələrdən öz yurdlarına dönmək istəyənlər üçün nəzərdə tutulub. Son günlərdə qruplaşmaların atəşkəsi pozması nəticəsində bu sərhəd keçidi təhlükə altında qalmışdı.

Suriyanın deyilən bölgəsi ilə yanaşı Livandakı qaçqınların öz ölkələrinə dönməsi tendensiyası da davam edir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9047.html