
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin(DQIDK) sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.
Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov
Əlaqə vasitələri:
Mob: (050) 562-72-32
Telefon: (02124) 6-62-99
Elektron poçt ünvanları:
chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-imishli@scwra.gov.az