
Sosial şəbəkələrdə yayılmış bir video müsəlmanlar tərəfindən böyük maraqla qarşılanıb.
Ahlibeyt.az Oxu.Az-a istinadla xəbər verir ki, milliyyətcə ingilis olan, Braziliya Hava Yollarına məxsus təyyarəni idarə edən pilot Məkkə üzərində uçarkən Kəlimeyi-Şəhadət gətirərək müsəlman olub.
Pilot təyyarə Məkkə üzərindən uçarkən sağ əlinin baş barmağını qaldıraraq müsəlman olduğunu elan edib. İş yoldaşları pilotu təbrik ediblər.