
Qəzzalılar ötən gün İsrailin qurduğu sərhədlər istiqamətdə 34-cü dönüş yürüşü keçiriblər.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews əl-Məyadinə istinadla xəbər verir ki, ötən günkü dönüş yürüşündə onlarla fələstinli yaralanıb və Qəzza xəstəxanalarına 40 yaralı yatızdırılıb.
Qəzzada dönüş yürüşlərini keçirən komitə ötən günkü yürüşləri “İsraillə əlaqələri normallaşdırmaq xəyanətdir” devizi altında keçirəcəyini bildirmişdi.
Bununla 34-cü həftədir ki, fələstinlilər İsrailin qurduğu sərhədlər istiqamətdə yürüş həyata keçirirlər.
Statistikaya görə aprel ayından baş qaldıran dönüş yürüşlərində indiyədək 220-dən çox fələstinli həlak olub.
ABŞ-ın Qüds qərarından və Təl-Əvivdəki səfirliyin Qüdsdə açılışından sonra fələstinlilərin dönüş yürüşü geniş müstəvidə keçirilməyə başlayıb.