16 Noyabr, 2018
Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr ez-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Ahlibeyt.az-ın "Report"a istinadən məlumatına görə,  bu barədə SANA agentliyi yerli mənbəyə istinadən məlumat yayıb.

"Beynəlxalq koalisiyanın Bu-Badran və As-Susa kəndlərinə endirdiyi hava zərbələri nəticəsində 23 dinc sakin həlak olub. Daha bir neçə ev dağılıb", - deyə agentlik bildirib.

Daha əvvəl 17 nəfərin həlak olduğu bildirilirdi.

Koalisiya qüvvələrinin noyabrın 10-da endirdiyi hava zərbəsi nəticəsində Hadjində 26 nəfər həlak olub.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9001.html