15 Noyabr, 2018
XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın 970 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunan “Xalqları qovuşduran Xəyyam sözü” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, tədbir noyabırın 15 də işinə başlayacaq və iki gün davam edəcək.

Konfransda "Yaxın və Orta Şərq xalqları ədəbiyyatında rübai və Ömər Xəyyamın ədəbi irsi", "Klassiklərin elmi tərcümeyi-halının tərtibi prinsipləri və Ömər Xəyyamın həyat yolu", "Xəyyamşünaslıq elmi araşdırma istiqaməti kimi və Azərbaycanda Ömər Xəyyam yaradıcılığının öyrənilməsi tarixi", "Şərq poetikasının nəzəri problemləri və Ömər Xəyyam rübailərinin mövzu, ideya, bədii xüsusiyyətləri" və digər bölmələr üzrə müzakirələr aparılacaq.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8997.html