
Amnesty International Myanma lideri Aun San Su Çjiyə 2009-cu ildə layiq gördüyü «vicdan elçisi» adından məhrum edib.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, təşkilatın Baş katibi Kumi Naydunun yazdığı məktubda deyilir ki, Aun San Su Çjinin mükafatı «əvvəllər müdafiə etdiyi dəyərlərə utanmazcasına xəyanət etdiyinə» görə alınıb.
Naydu öz bəyanatında vurğulayıb ki, Myanma lideri öz siyasi və mənəvi avtoritetindən insan haqlarının müdafiəsi, bərabərlik və ədalət üçün, həmçinin myanmalı hərbçiləri tərəfindən törədilən rohingya müsəlmanlarının qətliamlarının qarşısının alınması üçün istifadə etməyib.
«Çox təəssüf edirik ki, siz daha ümid, cəsarət və insan haqlarının qorunması simvolunu təmsil etmirsiniz», - deyə Baş Katibin məktubunda bildirilir.
Xatırladaq ki, 2017-ci ilin avqust ayının 25-də «silahlı qruplaşmalarla mübarizə» adı altında Myanmanın şimalında Arakan əyalətində müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirildi. Bundan başqa hərbçilər insanlığa qarşı cinayət işlətdiblər – qadın, uşaqlar da daxil olmaqla minlərlə insan yandırılmış, zorlanmış, kütləvi şəkildə qətlə yetirmiş, deportasiyaya məcbur edilmişdir.
BMT-nin husabatına görə, hazırda Banqladeşə sığınan arakanlı müsəlmanların sayı 700 mini keçib.