
İrlandiyanın Karlo şəhərində yaşayan müsəlmanlar yeni məscidin tikilməsi üçün yardımların toplanması məqsədilə xeyriyyə aksiyası təşkil edib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “carlowlive” saytına istinadla xəbər verir ki, yeni tikiləcək məscidin nəzdində həmçinin toplantı salonu və dərslərin keçirilməsi üçün sinif otaqları da olacaq.
Məscidin tikilməsi üçün 120 min avro ehtiyac var. Bu məbləği toplamaq məqsədilə keçirilən xeyriyyə aksiyasında 11 min dollar vəsait toplanıb.
Müsəlmanlar ehtiyac olan məbləği toplamaq üçün aksiyaları davam etdirəcəklərini deyiblər.