6 Mart, 2012
Şeyx Ənsari(r) və qış əbası

Şiə tarixinin məşhur və görkəmli din alimi olan mərhum Şeyx Ənsarinin müqəllidlərindən olan bir tacir bahalı bir qış əbası alıb gəlir şeyxin yanına. Mərhum Şeyx Ənsarinin əlindən öpüb əbanı onun çiyninə salır və bu əbanı qəbul etməyi təvəqqe edir.

Sabahsı gün məsciddə namaza gələn tacir şeyxi elə köhnə əbasında görür. Namazdan sonra şeyxə yaxınlaşan tacir ondan hədiyyə etdiyi əbanı niyə geyinmədiyini soruşur ki, cavabında şeyx buyurur ki, sən hədiyyə etdiyin əbanı satıb əvəzinə on iki ədəd daha ucuz olan əba aldım. Onları da əbaları olmayan kəslərə verdim.

Tacir şeyxə deyir ki, mənim şeyxim, mən o əbanı məxsusən sizin üçün almışdım. Mərhum Şeyx Ənsari tacirin bu sözlərin müqabilində tacirə buyurur: "Mənim vicdanım qəbul etmir ki, bəzilərinin geyinməyə qış əbasının olmadığı halda mən belə əba geyinim".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-897.html