8 Noyabr, 2018
Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb

Misir Hərbi Məhkəməsi İŞİD-in 8 üzvü barəsində qiyabi ölüm hökmü çıxarıb.

Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, onlar hərbçilərə hücum etməkdə ittiham edilirlər. Daha 32 nəfər isə azadlıqdan ömürlük məhrum edilib. Onların hamısı da həmçinin İŞİD terror qruplaşmasının üzvü olmaqda və təhlükəsizlik qüvvələrinə hücum planlaşdırmaqda ittiham olunurlar.

Misir 2014-cü ildən Sinayda yarımadasında İŞİD silahlılarına qarşı mübarizə aparır. Ekstremist qrupun üzvləri ölkənin hər yerində təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və xristianlara hücumlar təşkil edirlər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8969.html