7 Noyabr, 2018
İraqda İŞİD vəhşiliklərinin qurbanlarına aid 200-dən çox kütləvi məzarlıq aşkar edilib

İraqda İŞİD-in vəhşiliklərinin əyani sübutu olan 200-dən çox kütləvi məzarlıq aşkar edilib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraqın İŞİD terror təşkilatının işğalı altında olmuş bölgələrində 200-dən çox kütləvi məzarlıq aşkar edilib. Bu haqda BMT-in İnsan Haqları üzrə Ali komissarının İdarəsindən bildiriblər.

“Bu məzarlarda İŞİD ideologiyasına əməl etmək istəmədiklərinə görə amansızcasına qətlə yetirilmiş insanların, həmçinin milli və dini azlıqların nümayənlərinin qalıqları var. Həqiqət, ədalət və təzminatlar olduqca mühümdür, bu yolla İŞİD-in törətdiyi pisliklərin əvəzini vermək lazımdır.”, - deyə BMT rəsmisi Mişel Baçelet bildirib.

Qeyd edilir ki, BMT mütəxəssisləri İraq hökumətinin məlumatlarına əsaslanaraq 202 kütləvi məzarlığı qeydə alıblar. Həmin məzarlıqların əksəriyyəti Neynəvadadır - 95.

Mütəxəssislərin fikrincə, bu bölgələrin ərazisində hələ çoxlu bu cür məzarlıqlar ola bilər.

BMT-in məruzəsi dərc edildiyi an üçün, ekspertlər 23 məzarlığı açaraq 1258 cəsəd çıxarıblar.

Bildirilir ki, bütün qalıqların törədilmiş cinayətlərin xarakterinin müəyyən edilməsi üçün çox mühümdür.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8965.html