
Tarixdə ilk dəfə olaraq, aralıq seçkilərində ABŞ Konqresinin Nümayəndələr Palatasına iki müsəlman qadın seçilib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Miçiqan əyalətindən Demokrat Partiyasının nümayəndəsi Fələstin əsilli Rəşidə Tlaib, Minnesota ştatından isə Somali əsilli İlhan Oman ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar olublar.
İlkin olaraq Rəşidə Tlaibin qələbəsi haqqında məlum verilib. O, ABŞ Konqresinin tarixinə ilk müsəlman qadın olaraq düşüb. Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir. Qələbəsini şərh edən Rəşidə, "ABŞ Konqresində İslamı ləyaqətlə təmsil etməyə hazır olduğunu" söyləyib.
Eyni zamanda İlhan Öman isə ABŞ Konqresinin aşağı palatasına seçilən ilk hicablı müsəlman qadın olub.