
Misirdən verilən xəbərə görə, sələfi partiyası kimi tanın ən-Nur partiyasının üzvü Ənvər əl-Bəkimi burnunda plastik əməliyyat etdirdiyi səbəbindən partiya sıralarından qovulub.
əl-Bəkiminin əməliyyat etdirməsi xəbəri Misir mətbuatında işıqlandırıldıqdan sonra əl-Bəkimi jurnalistlərə burnunda xəstəlik olduğundan dolayı əməliyyat etdirdiyini bildirib. Onun bu açıqlaması onu əməliyyat edən həkimin qəzəbinə səbəb olub və o jurnalistlərə bildirib ki, əl-Bəkimi mənə müraciət edərək bildirdi ki, burnumun quruluşu gözəl deyil. Bu səbəbdə burnumda plastik cərrahiyyə əməliyyatı etdirmək istəyirəm.
Cərrahın bu açıqlamasından sonra ən-Nur partiyası ənvər əl-Bəkimi patiya sıralarından çıxarıb.
Qeyd edək ki, vahhabilər hansısa bir orqanın gözəlləşdirməsi üçün plastik əməliyyat etdirməyə icazə vermirlər. Onlar bunu Allahın yaradılışına müdaxilə kimi dəyərləndirilər.