
Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.
Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:
"İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".