
İsrail rejimi ordusundan verilən yazılı açıqlamaya görə, İordan çayının qərb sahilindəki müxtəlif bölgələrində gecə keçirilən əməliyyatlarda "terror aksiyalarına qoşulduqları" iddiası ilə 19 fələstinli saxlanılıb.
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən məlumatına görə, açıqlamada həmçinin nəzarətə alınan fələstinlilərin sorğu-sual olunmaq üçün bölgədəki nəzarət mərkəzinə göndərildiyi qeyd olunub.
İşğal altındakı İordan çayının qərb sahilindəki evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir.
Fələstin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında təxminən 6 min 500 fələstinli var.
İsrail "inzibati həbs" adını verdiyi tədbilərlə fələstinliləri 1 ilə kimi istintaq altında saxlayır. Məhbusun, "İsrailin təhlükəsizliyi üçün təhlükə təşkil etdiyinə" qərar verilməsi vəziyyətində isə hərbi hakim hər hansı bir sübut olmadan saxlanılmanı 5 ilə qədər uzada bilir.