6 Mart, 2012
Fransanın baş naziri halal ət kəsiminə qarşı

Fransanın baş naziri Fransua Fiyon "Europe 1" radiostansiyasına müsahibəsi zamanı müsəlmanları və yəhudiləri heyvanları "köhnəlmiş" üsulla kəsməkdən imtina etməyə çağırıb.

Fransua Fiyon deyib ki, müsəlmanlar və yəhudilər heyvanları halal adı ilə qədim üsulla kəsirlər. Müasir dövrdə isə heyvanları kəsərkən bütün hər şey, o cümlədən, sağlamlığa ziyan olmamaq nəzərə alınıraq müasir texnologiyalarla kəsilir. Amma heyvanlar qədim üsulla kəsilərkən bunlar nəzərə alınmır.

Qeyd edək ki, baş nazirin bu sözləri müsəlman və yəhudi icmalarının etirazına səbəb olub.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-895.html