2 Noyabr, 2018
İraqın şimalında Maxmur bölgəsində 19 İŞİD-çi məhv edilib

İraqın Nineva əyalətinin Maxmur rayonu ərazisində təmizləmə əməliyyatı zamanı 19 İŞİD üzvü zərərsizləşdirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews bu barədə İraqın Sumariya Agentliyinə istinadla xəbər yayıb.

Bildirilib ki, Maxmurun cənub-şərqindəki Qara-Butak bölgəsinin təftişi zamanı İŞİD-çilərdən ibarət bir dəstə mühasirəyə düşüb. Federal Polisin havadan verilən dəstəklə bölgədə apardığı əməliyyat nəticəsində İŞİD-in 19 üzvü məhv edilib və silahları ələ keçirilib.

Qeyd edək ki, Ərbil və Nineva əyalətləri arasında yerləşən Maxmur bölgəsi 2014-cü ildə İŞİD tərəfindən zəbt edilmişdi. İraq Ordusu və Peşmərgə bölgəni 2016-cı ildə azad edə bilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8944.html