2 Noyabr, 2018
Ərbəin zəvvarları Kərbəladan ölkələrinə dönürlər

Ərbəin ziyarətinə yollanan 4 milyon civarında xarici zəvvar ölkələrinə dönməyə başlayıblar.

Ahlibeyt.az SalamNews-a istinadla xəbər verir ki, bu ölkənin rəsmiləri İraqa gedən zəvvarlardan 400 min nəfərinin artıq ölkəsinə döndüyünü bildirib.

Məlumata görə iki həftə bundan öncə Kərbəlaya gedən azərbaycanlı zəvvarların bəzi karvanları da artıq vətənə dönməyə başlayıblar.

Qeyd edək ki, Kərbəla şəhər şurasının katibi Mahfuz ət-Təmini bu il Ərbəində Kərbəla əyalətinə 15 miyona yaxın zəvvarın daxil olduğunu bildirmişdir. Onlardan iki milyonunun iranlı olmaqla ümumilikdə 40 ölkədən olmaqla 4 milyona yaxın xarici zəvvar olduğunu bəyan etmişdi.

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8941.html