1 Noyabr, 2018
Suriya BMT nümayəndəsi: Suriyanın son nöqtəsi azad olunana qədər mübarizə aparacağıq

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri, BMT TŞ-nin Suriya mövzusundakı iclasında bu ölkədəki terrorçuların və əcnəbi hərbi qüvvələrin varlığından ABŞ-ın mülki yaşayış mərkəzlərini qadağan edilmiş bombalardan istifadə etməsi və iqtisadi sanksiya tətbiq etməsinə qədər müxtəlif məsələləri ehtiva edən çıxış edib.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, Bəşər Cəfəri ABŞ-ın Hacin bölgəsini qadağa edilmiş ağ fosforla bombardman etməsinin terrorçulara dəstək məqsədli olduğunu və dinc sakinlərin ölümünə səbəb olduğunu bildirib

Suriyalı qaçqınların ölkələrinə qayıtmalarına işarə edən Cəfəri Suriya torpaqlarının son qarışını azad edənə qədər mübarizəyə davam edəcəklərini vurğulayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8937.html