31 Oktyabr, 2018
Azərbaycanda arxiv sənədləri onlayn rejimdə əldə ediləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.

 

Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov açıqlama verib.

 

Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.

 

Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar. Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8933.html