
Bəhreyn inqilabçıları xəbər verir ki, Ali Xəlifə polisininin inqilabçıların məhəllələrini və evlərini göz yaşardıcı qazlarla atəşə tutması nəticəsində 45 günlük körpə şəhid olub.
Ras ər-Rumman məntəqəsində baş vermiş faciə nəticəsində zəhərlənmiş Yəhya Yusif Əhməd adlı körpə xəstəxanaya çatdırılsa da həkimlər ona heç bir köməklik edə bilməyiblər.
Beləliklə Bəhreyn şəhidlərinin sayı 74-ə yüksəldi ki, onlardan ikisi Yəhya Yusif Əhməd və Səccadə Feysəl Cavad heç bir yaşına çatmamış körpələrdirlər.