30 Oktyabr, 2018
Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var - Video

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib.

Ahlibeyt.az-ın NTV-yə istinadən məlumatına görə, birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir.

Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.Terrorçular öz planlarını həyata keçirək üçün silah sursat toplamış və və radikal düşüncəli gəncləri öz sıralarına cəlb etmişlər.

Əməliyyat zamanı 7 qrup üzvü və onların təsiri altına düşmüş 11 nəfər saxlanılıb. 18 ünvanda odlu silah və döyüş sursatları aşkar edilib.

Operativ-axtarış tədbirləri və istintaq fəaliyyəti davam etdirilir.

">



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8926.html