
Bazar ertəsi axşama kimi Kərbəla şəhərinə 15 milyon zəvvar daxil olub.
Bu barədə Kərbəla şəhər şurasının katibi Mahfuz ət-Tamimi açıqlama verib.
Onun sözlərinə görə, 15 milyon zəvvardan 4 milyondan çoxu xarici ölkələrin vətəndaşlarıdır.
Ərbəin Mərkəzi Statistika Qərargahının verdiyi xəbərə görə, Ərbəin ziyarəti üçün bu ana qədər Kərbəlaya daxil olmuş xarici zəvvarların 1,9 milyon nəfəri iranlılar, qalanları isə dünyanın 40 ölkəsindən olan insanlardır.
Qeyd edək ki,Ərbəin günü Kərbala şəhərini 20 milyondan artıq zəvvarın ziyarət etməsi gözlənilir.
Deyerlər.org