30 Oktyabr, 2018
Nigeriya həbçiləri Şeyx Zəkzakinin azad olunmasını tələb edən dinc nümayişçilərə silah işlətdi

Nigeriya hərbçiləri dini liderlərinin azad olunması tələbi ilə nümayişə çıxan şiə müsəlmanlara atəş açıb.

Ahlibeyt.az-ın.az “Report”a istinadən verdiyi xəbərə görə, bu barədə hadisə şahidlərinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, "Nigeriya İslam Hərəkatı"nın (IMN) yüzlərlə tərəfdaşı 2015-ci ildə həbs edilən İbrahim Zəkzəkinin azad edilməsi uğrunda yürüşdə iştirak ediblər. Yürüş bazar ertəsi Abuca şəhərində baş tutub.

Agentlik insident nəticəsində ölənlərin olduğunu ehtimal edir.

Eyni zamanda IMN nümayəndələri AFP-yə atəş nəticəsində ölənlərin olduğunu bildiriblər.

"Dəqiq ölənlər var. Biz yürüşə silah götürmürük, yolları bağlamırıq…təhlükəsizlik xidmətinin döyüşçüləri bizim qanımızı tökmək qərarına gəldilər", - deyə hərəkatın rəsmi nümayəndəsi İbrahim Musa vəziyyəti agentliyə şərh edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8923.html