
Terror qruplaşması qurbanlardan əlavə, bir qrup gənci də qaçırılıb
Liviyanın mərkəzi hissəsində İŞİD terrorçularının polis məntəqəsinə hücumu nəticəsində 4 nəfər həlak olub.
Ahlibeyt.az-ın məlumatına görə, FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi xəbərə əsasən, bu barədə Əl-Cufranın rəsmiləri Facebook səhifəərində bəyan ediblər.
Məlumatda deyilir ki, Əl-Fukaha rayonunda olan 4 nəfər həlak olub. Onların arasında Əl-Cufra rayonunun yerli şurası sədrinin oğlu da var.
Bundan başqa terrorçular rayon ərazisində bir sıra gəncləri və polis məntəqəsinin əməkdaşlarını da qaçırıblar.
Al-Marsad isə bildirir ki, terrorçular polis məntəqəsini yandırıblar.