26 Oktyabr, 2018
Ayətullah Xamenei: Müqəddəs məkanları müdafiə edənlər olmasaydı, Ərbəin də olmazdı

İran İslam İnqilabı Lideri Ayətullah Xamenei Ərbəin yürüşü ərəfəsində müqəddəs məkanları müdafiə edən şəhidlərin ailələri ilə görüşüb.

Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən məlumatına görə, görüşdə Ayətullah Xamenei belə deyib:

"Əgər oralarda bəziləri fədakarlıq etməsəydi, bu gün İmam Hüseynin (ə) möhtəşəmliyi və əzəməti bu şəkildə dünyanı bürüyə bilməzdi.

Bu işin əsasını İmam Hüseynin (ə) məzarını ziyarət etmək uğrunda canını fəda edənlər qoydu. Sizin övladlarınız da eynilə belə etdilər.

Əgər onlar oralara gedib mübarizə aparmasaydı, bu gün düşmən İmam Hüseynin (ə) pak məzarının bir neçə kilometr yaxınlığına, Kərbəlaya qədər irəliləyərdi."

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8912.html