
Rusiyanın müdafiə naziri general Sergey Şoyqu ölkəsinin Suriyaya 2015-ci ildən etibarən verdiyi dəstəklə bağlı bəyanat verib.
Rusiyanın müdafiə naziri general Sergey Şoyqu ölkəsinin Suriyaya 2015-ci ildən etibarən verdiyi dəstəklə bağlı bəyanat verib.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, Sergey Şoyqu Rusiyanın Suriyaya daxil olduğu gündən bəri 88 min terrorçunun təsirsiz hala gətirildiyini, bu müddətdə 1114 kənd və ərazinin terrorçuların işğalından azad edildiyini və bütövlükdə Suriya torpaqlarının 95 faizə qədərinin azad edilmiş olduğunu bildirib.
General Şoyqu İŞİD terror təşkilatının da Rusiyanın dəstəkləri ilə məğlubiyyətə uğradığını vurğulayıb.