5 Mart, 2012
Fələstin xalqının yanındayam və tezliklə Fələstinə səfər edəcəyəm

Səudiyyə Ərəbistanında nəşr olunan ər-Riyaz qəzetinin verdiyi məlumata görə, dünya şöhrətli argentinalı futbolçu Dieqo Armando Maradona Fələstin xalqını dəstəklədiyini bildirib.

Məlumata görə, argentinalı futbol ulduzu alman qəzetinə müsahibəsi zamanı Fələstin xalqını müdafiə etdiyini açıqlayaraq təkidlə deyib ki, mən Fələstin xalqının yanındayam və onların tələblərini haqq olaraq tanıyıram.

Maradona bildirib ki, mən futbol üzrə Fələstin milli yığma komandasının baş məşqçisi Camal Mahmudun dəvətilə tezliklə Fələstinə səfər edəcəyəm və bununla fəxr edirəm.

O deyib ki, mənim bu səfərimdən kim hirslənirsə hirslənsin amma mən Fələstinə səfər edəcəyəm. Və bu səfərim Fələstin xalqını təqdir etməyimin göstəricisidir ki, ümumiyyətlə hamı Fələstin xalqına yardım etməlidir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-890.html