16 Oktyabr, 2018
İŞİD Suriyada 700 dinc sakini girov götürdü

Suriyada İŞİD terrorçuları 130 ailəni girov götürüblər.

Ahlibeyt.az-ın RT-yə istinadla məlumatına görə, bu barədə Rusiyanın Suriyada münaqişə tərəflərinin barışdırılması mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko açıqlama verib.

O bildirib ki, oktyabrın 13-də İŞİD silahlıları Deyr-əz Zor bölgəsində Əl-Bəhra əyalətində  yerləşən qaçqın düşərgəsinə hücum ediblər. Nəticədə 130 ailədən ibarət 700 nəfər girov götürülüb.

Girov götürülən insanlar Xacin şəhərinə aparılıb.

Qeyd olunub ki,əsir götürülənlərin hamısı dinc sakinlərdir.Savçenko həmin insanlardan “canlı sipər” kimi istifadə oluna biləcəyini istisna etməyini bildirib.

Rusiya tərəfi Suriyadakı qeyri-qanuni hərbi birləşmələrə bu kimi provokasiyalardan çəkinməyə çağırış edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8897.html