4 Mart, 2012
Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası ilə əlaqə yaratmaq asanlaşdırılıb

Mərcei-təqlid Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası müqəllidlərin mərcei-təqlidlə əlaqə yaratmalarının asanlaşdırılması üçün bir sıra yeniliklər tətbiq edib.

Bundan sonra Ayətullah Seyyid Əli Sistaniyə sualları olanlar bunu qısa mesaj yazıb 09198507500 nömrəsinə yazıb göndərməklə cavab ala bilərlər. Bundan başqa ərəb dilində sual verənlər arabic@alsistani.org mail adresinə, fars dilində sual verənlər farsi@alsistani.org mail adresinə və ingilis dilində sual verənlər isə english@alsistani.org mail adresinə sualı yazıb göndərməklə cavab alacaqlar.

Həmçinin Ayətullah Seyyid Əli Sistaninin dəftərxanasının Qum şəhərindəki nümayəndəliyinin nömrəsi də elan edilmişdir.  +02517741415 nömrəsinə zəng etməklə mərcei-təqlidin Qumdakı nümayəndəliyi ilə əlaqə yaratmaq mümkündür.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-889.html