9 Oktyabr, 2018
2018-in Ərbəin yürüşünə start verilib - VİDEO

2018-ci ilin Ərbəin Yürüşü İraqın ən cənub bölgəsi olan Bəsrə əyalətinin Fav şəhəri ərazisindən başlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews  əl-Aləmə istinadla xəbər verir ki, hər il olduğu kimi bu ildə də Kərbəlada yerləşən İmam Hüseynin (ə) məqbərəsi istiqamətdə baş tutan yürüşlərə ötən gündən start verilib.

Ötən gün Bəsrə əyalətinin ən cənub bölgəsi Fav şəhəri ərazisində bu milyonluq yürüşün başlamasının əlaməti olaraq mərasim keçirilib və zəvvarlar buradan piyada olaraq Kərbəla istiqamətdə hərəkətə başlayıblar.

Qeyd edək ki, buradan başlayan Ərbəin yürüşçüləri İmam Hüseynin Qırx mərasimi gününə kimi 550 km piyada qət edərək, o həzrətin məzarına çataxcaqlar.

İraqlılar ötən gündən bu ayinə başlasalar da xaricdən gedən zəvvarlar isə ilk mərhələdə Nəcəf şəhərinə yollanır və oradan Kərbəlaya qədər 80 km məsafəni piyada olaraq qət edəcəklər.

Ərbəin yürüşü ayini hər il Məhərrəm ayının sonlarından İmam Hüseynin Qırx mərasiminə (h.q tarixi ilə səfər ayının 20-i) qədər davam edir. Bu yürüş ən böyük izdihamı ilə tarixə düşən ayinlərdən biridir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8883.html