8 Oktyabr, 2018
Britaniyalı jurnalist: Ayətullah Sistaninin fətvası Qərbin İslama qarşı səhv mövqeyini ifşa etdi

Kərbəla şəhərində səfərdə olan britaniyalı jurnalist Robert Karter İraqın nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin 2014-cü ildə İŞİD-ə qarşı fətvasından danışıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə Eastnews-un İmamhussain.org-a istinadən məlumatına əsasən  britaniyalı jurnalist Robert Karter müsahibəsində bildirib:

"Cənab Seyid Əli Hüseyni Sistaninin mövqeyi nümayiş etdirdi ki, Qərb dünyası İslam dini barədə yanlış fikirdədir, Qərb mediası təbliğ edirdi ki, onun məşhur fətvası yalnız şiə icmasının hərəkətlənməsinə səbəb olub. Lakin həqiqət budur ki, o, təkcə bir şiə kimi yox, İraq vətəndaşı kimi bütün məzhəbləri, etiqadları birləşdirə bildi".

İmam Hüseyn ziyarətgahının rəsmi saytına müsahibə verən avropalı qonaq qeyd edib ki, bir sıra məşhur media qurumları İslamı və ərəbləri gözdən salmaq üçün İŞİD-dən istifadə edirdi ki, bu da müsəlman və ərəblərin səsini batırmaq üçün icra edilirdi.

R.Karterin sözlərinə görə, İraq xalqı Qərb mediasının təsvir etdiyindən tamamilə fərqlidir, iraqlılar vəhdət tərəfdarıdırlar, hər cür məzhəbi və dini ixtilaflardan uzaqdırlar. Lakin bu düzəni pozmağa çalışan xarici əllər var.

"Buraya gəldikdən sonra Kərbəla şəhərinin küçə və prospektlərində gəzərkən şəhid olmuş gənclərin portretlərini gördüm və bu, məni kədərləndirdi. Onlar öz vətənləri uğrunda, insanlıq və haqq uğrunda şəhid olublar. Mən onların simasında İraqın cəsur xalqını gördüm", - deyə o əlavə edib.

Bildirək ki, Robert Karter Beşinci Beynəlxalq "Təratil Səccadiyyə" festivalında iştirak etmək üçün İraqa gəlib.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8880.html