4 Mart, 2012
Qüdsün azad edilməsinə hər zamandan indi daha yaxınıq

Beyrutda "Qüds fələstinlilərin, ərəblərin və müsəlmanların paytaxtıdır" adlı konfrans öz işinə başlayıb.

Konfransa sahiblik edən Hizbullah təşkilatının baş katibi Hüccətül-İslam Seyyid Həsən Nəsrullah açılış çıxışında bildirib ki, hadiəsələr bölgədə elə cərəyan etməkdədir ki, bu bizə Qüdsün azad edilməsinə hər zamandan daha yaxın olduğumuzu deməyə əsas verir.

İllərdir Qüdsün işğal altında olduğunu xtırladan Seyyid Həsən Nəsrullah deyib ki, sionistlər Qüdsə ağalıq etmək üçün Yeni Orta Şərq planını həyata keçirmək istəyirdilər ki, müqavimət hərəkatları onların bu planlarını nakam qoydular.

Bütün müsəlmanların Qüds barədə məsuliyyət daşıdığını bildirən təşkilat rəhbəri Qiyamət günü hər bir müsəlmanın Qüds barədə sorğu-sual olunacağını deyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-888.html