8 Oktyabr, 2018
İraqda Məhərrəm mərasiminə hücum etmək istəyən üç kamikadze məhv edildi

Bağdadda Məhərrəm mərasiminə hücum etmək istəyən üç kamikadze məhv edilib

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İraq mediasına istinadən xəbər verir ki, dünən 7 oktyabrda Bağdadda  şiələrin Məhərrəmliklə əlaqədar İmam Hüseyn və Kərbəla şəhidləri üçün təşkil etdikləri əza mərasiminə hücum etmək istəyən üç kamikadze məhv edilib.

Hadisə Bağdadın Əl Rəzvanim rayonunda qeydə alınıb.

Adları açıqlanmayan 3 kamikadze partlayıcı quraşdırılmış kəmər və yüngül silahlarla mərasimə hücum planlasalar da, hüquq mühafizə orqanları 3 terrorçunu da partlayıcıları işə salmadan məhv ediblər.

Terrorçuların İŞİD vəhabi qruplaşmasının üzvləri olduğu qeyd edilir.

Onu da qeyd edək ki, bu gün Bağdadda 3 terror aktı törədilib, 10-a yaxın insan həyatını itirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8878.html