29 Sentyabr, 2018
Dörd ildən sonra – Suriya–İordaniya sərhəd keçid məntəqələri açılıb

Suriya ilə İordaniyanı birləşdirən və iki ölkənin ticarət mübadiləsində əvəzsiz yerə malik olam Nəsib keçid məntəqəsi bu gündən açıq elan edilib.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews Suriyanın rəsmi SANA -a agentliyinə istinadla xəbər verir ki, bu barədə Suriya Nəqliyyat Nazirliyi bəyanat verib.

Bildirilib ki, artıq bu gündən başlayaraq, müxtəlif nəqliyyat vasitələrinin sərhəddən gedişi və gəlişi başlayıb.

Qeyd edək ki, 375 km uzunluğunda olan İordaniya-Suriya sərhədi zolağının əksər hissəsi (sərhəd zolağında yerləşən ət-Tənif bölgəsi ABŞ-ın dəstəklədiyi qruplaşmaların nəzarətindədir) Suriya Ordusunun nəzarətindədir. Ordu yay aylarında sərhəd zolağında yerləşən Dəra əyalətini tam olaraq nəzarətə götürüb. Sərhəd zolağında olan Nəsib və Rəmsa keçid məntəqələri iki ölkənin qarşılıqlı ticarət mübadilələrinin böyük əksəriyyətini öhdəsinə götürür.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8858.html